RU

Əməkdar artist: Bu sənəti Rasim Balayevə görə sevmişəm

ain.az, Cebheinfo saytına istinadən bildirir.

“Uşaqlığımızın qəhrəmanını itirdik. Rasim Balayev Azərbaycan üçün göndərilən bir hədiyyə idi. Onun xarizması, görünüşü və istedadı həqiqi vergi idi. Rasim müəllim bizim uşaqlığımızın qəhrəmanı idi”.

Bunu “Cebheinfo.az”a açıqlamasında Əməkdar artist Hüsniyyə Mürvətova dünən son mənzilə yola salınan Xalq artisti Rasim Balayev haqqında danışarkən deyib. 

O, Rasim Balayevin vəfatının Azərbaycan xalqı və sənəti üçün böyük itki olduğunu vurğulayıb:

“Mən uşaqlıqda ona baxaraq bu sənəti sevdim, biz onlara, onun kimi sənətkarlara baxaraq bu sənəti sevmişik.  Azərbaycan və  xalqımız, sənətimiz üçün çox böyük itkidir. Çox üzgünəm. Mənim onunla bir işbirliyim də olub. Dini mövzulu :

Muxtarnamə" serialı. Biz onu səsləndirmişdik. O, Muxtarı səsləndirirdi. Orada belə deyilirdi:

“Böyük insanlar ağır yüklər altında əzilmir, saç ağardırlar”. Çox gözəl sözlərdir. Dünən mən onun şəkli ilə məhz bu sözləri paylaşdım”.

Hüsniyyə Mürvətova bildirib ki, Rasim Balayev Azərbaycan sənətinin qızıl dövründə parlayan sənətkarlardan biri idi:

“Allah ona qəni-qəni rəhmət eləsin! Rasim müəllim bizim ürəyimizdə, yaddaşımızda daim yaşayacaq. Onun sənəti bir əfsanə kimi heç vaxt unudulmayacaq. İllər, əsrlər keçsə də, Rasim müəllim həmişə xatırlanacaq. Çünki o, həm də sənətin ən gözəl zamanında gəldi. Azərbaycan sənətinin ən gözəl - qızıl dövründə parlayan sənətkarlardan biri idi. Allah rəhmət eləsin”. 

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
1
cebheinfo.az

2Источники