RU

“Tottenhem” italiyalı baş məşqçiyə həvalə olunub

Bakı, 31 mart, AZƏRTAC

İngiltərənin “Tottenhem” komandasının yeni baş məşqçisi məlum olub.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu vəzifəyə Roberto de Zerbi gətirilib. İtaliyalı mütəxəssislə 5 illik müqavilə imzalanacaq.

London klubunu son olaraq xorvatiyalı İqor Tudor çalışdırıb.

Roberto De Zerbinin son iş yeri Fransa təmsilçisi “Marsel” olub.

Qeyd edək ki, "Tottenhem" Premyer Liqanın turnir cədvəlində 31 oyundan sonra 30 xalla 17-ci yerdədir.

Избранный
37
2
azertag.az

4Источники