RU

“Milan” “Partizan”ın hücumçusunu transfer edib

Bakı, 31 mart, AZƏRTAC

İtaliyanın “Milan” komandası heyətinə yeni futbolçu qatıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi Serbiya “Partizan”ından Andrey Kostiçin keçidini həll edib. 19 yaşlı monteneqrolu hücumçu Milanın eyniadlı klubuna yayda qoşulacaq.

Belqrad təmsilçisi bu transferdən 8 milyon avro qazanacaq. Bundan əlavə, “Partizan” futbolçunun növbəti satışından 10 faiz pay alacaq.

Избранный
15
azertag.az

1Источники