RU

ABŞ Azərbaycandan məhsul idxalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Amerik BirləşmişŞtatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 78,2 milyonABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 25,5 milyon ABŞ dolları və ya 24,6% azdır.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 1,25%-i həcmində olub.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan ABŞ-yə 16 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 5,7 milyon ABŞ dolları və ya təqribən 1,6 dəfəçoxdur.

Dövr ərzində Azərbaycandan ABŞ-yə ixrac əməliyyatlarının 13,4milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında ABŞ 14,37%payla 9-cu yerdə qərarlaşıb. ABŞ-yə qeyri-neft məhsullarının ixracıötən ilin ilk iki ayındakı göstərici ilə müqayisədə 3,2 milyon ABŞdolları və ya 30,9% artıb.

Hesabat dövründə Azərbaycan Amerik Birləşmiş Ştatlarından 62,3milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki,bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,2 milyon ABŞdolları və ya 33,4% azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar vəya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyarddollar və ya 1,6 dəfə azalıb.

Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfəçoxdur.

Избранный
52
6
az.trend.az

7Источники