AZ

Litva Azərbaycandan məhsul idxalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Litva arasındaticarət əməliyyatlarının həcmi 3,557 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 215 min ABŞ dolları və ya 5,7% azdır.

Hesabat dövründə Litva ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 0,04%-i həcmində olub.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Litvaya 777 mindollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 29 min ABŞ dolları və ya təqribən 3,9% çoxdur.

Hesabat dövründə Azərbaycan Litvadan 41,3 milyon ABŞ dollarıdəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilineyni dövrü ilə müqayisədə 244 min ABŞ dolları və ya 8,1% azalmademəkdir.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar vəya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyarddollar və ya 1,6 dəfə azalıb.

Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfəçoxdur.

Məqalədə:
Seçilən
1
6
az.trend.az

7Mənbələr