ABŞ Prezidenti Donald Tramp Fransa hökumətini İsrailə gedən hərbi yük daşıyan təyyarələrə hava məkanı verməkdən imtina etdiyinə görə sərt tənqid edib.
"Cebheinfo.az" xəbər verir ki, o, "Truth Social"-da bu barədə yazıb: "Fransa İsrailə gedən hərbi yük daşıyan təyyarələrin öz ərazisi üzərindən uçmasının qarşısını aldı".
Tramp iddia edib ki, Fransa ABŞ-nin İrana qarşı əməliyyatında ona kömək etməyib. "ABŞ bunu xatırlayacaq!",- deyə Tramp əlavə edib.