Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.
Tanınmış influenser Nagehan Abdullayevanın yeni sevgilisi ilə paylaşdığı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, izləyicilərin bir qismi iki uşaq anası olan blogerin boşandıqdan qısa zaman sonra yeni münasibətə başlamasını tənqid edib. Digər istifadəçilər isə münasibətin ciddiliyini sual altına alaraq onun uzunmüddətli olmayacağını bildiriblər.
Tənqidlərə münasibət bildirən Nagehan Abdullayeva sosial media hesabında belə yazıb:
“Susuram deyə hər şeyi şişirdirsiniz. Təxminən 10 il evli olmuşam və hər zaman yaxşı həyat yoldaşı olmağa çalışmışam. Gecə-gündüz işləyirdim, bir çəkilişdən digərinə qaçırdım.
Heç kim mənim nələr yaşadığımı bilmir. İki uşağım var, artıq bəsdir.
Məni pis həyat yoldaşı kimi qələmə vermələrindən bezmişəm. Hamı mənim necə insan olduğumu yaxşı bilir”.
Qeyd edək ki, Nagehan Abdullayeva və Fərid Abdullayev Türkiyədə yayımlanan evlilik proqramında tanış olaraq ailə qurublar. Cütlük ötən il rəsmi şəkildə boşandıqlarını açıqlayıb. Onların bu nikahdan iki övladı var.
Lalə, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.