RU

NATO daxilində "İran davası": Tramp Fransa səmasını Amerika qırıcılarına bağlayan Makronu hədəf aldı

ABŞ Prezidenti Donald Tramp İtaliya və İspaniyadan sonra Fransanın da Amerika hərbi təyyarələrinə öz hava məkanını bağlamasına sərt reaksiya verərək, rəsmi Parisi "faydasız" müttəfiq adlandırıb.

Musavat.com xəbər verir ki, "Truth Social" hesabında paylaşım edən Tramp, Fransanın İsrailə hərbi ləvazimat daşıyan ABŞ təyyarələrinin öz ərazisi üzərindən uçmasına icazə verməməsini kəskin tənqid edib.

Prezident qeyd edib ki, Fransa "İran qəssabı"nın uğurla məhv edilməsi əməliyyatında "çox faydasız" olub və ABŞ bu addımı "əbədi yadda saxlayacaq". Məlumata görə, Paris administrasiyası münaqişənin daha da genişlənməməsi bəhanəsi ilə ABŞ-ın hərbi yük təyyarələrinin öz səmasından istifadəsinə qadağa qoyub ki, bu da Vaşinqtonun Yaxın Şərqdəki hərbi logistikasını ciddi şəkildə çətinləşdirib. Trampın "Siz çox faydasız oldunuz və ABŞ bunu yadda saxlayacaq!" ifadələri ekspertlər tərəfindən gələcəkdə Fransaya qarşı iqtisadi sanksiyalar və ya ticarət tarifləri tətbiq edilə biləcəyinə dair bir xəbərdarlıq kimi qiymətləndirilir. İtaliya və İspaniyanın ardından Fransanın da bu addımı atması, NATO daxilində ABŞ-ın İran planlarına qarşı ciddi bir "Avropa qiyamı"nın yarandığını və müttəfiqlər arasında dərin parçalanmanın olduğunu bir daha sübut edir.

Musavat.com

Избранный
49
50
musavat.com

10Источники