RU

Heqset: Yaxın günlər həlledici olacaq və İran bunu bilir

ABŞ-nin müharibə naziri Pit Heqset yaxın günlərin İranla hərbi münaqişədə həlledici olacağını bəyan edib.

"Report"un məlumatına görə, Heqset bu bəyanatla jurnalistlər üçün brifinqdə çıxış edib.

"Biz öz şərtlərimizi müəyyən etdik. Yaxın günlər həlledici olacaq. İran bunu bilir", - o bəyan edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər yenilənir

Избранный
20
2
far.az

8Источники