“Milan” heyətini gənc futbolçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, İtaliya təmsilçisi 19 yaşlı monteneqrolu hücumçu Andrey Kostiçlə müqavilə imzalayıb. O, Serbiyanın “Partizan” klubundan transfer olunub və iyulun 1-dən etibarən komandanın gənclər heyətinə qoşulacaq.
Müqavilənin detalları açıqlanmasa da, transferin təxminən 3 milyon avroya başa gəldiyi bildirilir.
Kostiç bu mövsüm 27 oyunda 11 qol vurub.