RU

İngiltərədən Osimhenə çağırış: Təcili gəl!

"Mançester Yunayted" klubunun sabiq futbolçusu Nikki Batt hazırda "Qalatasaray"da çıxış edən Viktor Osimhenin İngiltərə klubu üçün ən doğru transfer olacağını bəyan edib. O, nigeriyalı hücumçunu "qırmızı şeytanlar"a qoşulmağa səsləyib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Batt Osimhenin sürəti, gücü və qol vurmaq bacarığı ilə transfer siyahısının başında dayanmalı olduğunu bildirib.

O, bəzi əlçatmaz və həddindən artıq baha olan oyunçulara vaxt itirməyin mənasız olduğunu vurğulayaraq deyib:

"Onu "Mançester Yunayted"ə dəvət edirəm. Osimhen doğru seçimdir. O, güclüdür, sürətlidir, müdafiəçilərin arxasına sızmağı bacarır və hava toplarında əladır".

Batt həmçinin Türkiyə klublarından gələn oyunçuların maliyyə baxımından daha uyğun ola biləcəyini qeyd edib. Bildirilib ki, transfer heyəti təkcə istedadı deyil, həm də qiymət faktorunu nəzərə almalıdır.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 29 matçda 19 qol və yeddi asistlik möhtəşəm performans sərgiləyib.

Milli.Az

Избранный
10
4
milli.az

5Источники