RU

“Paşinyan Putinin planının qarşısını almaq üçün Moskvaya gedir”

BAKI, 31 mart. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyanın tez-tez Rusiyaya getməsinin və Kreml sahibi Vladimir Putinlə görüşlərinin məqsədi parlament seçkiləri ərəfəsində Moskvanın mümkün təsirlərini neytrallaşdırmağa çalışmaqdır”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Kreml Paşinyanın seçkidə qələbəsinə mane olmaq üçün radikal müxalifətə maliyyə dəstəyi verə bilər. Bundan başqa, baş nazir əmindir ki, Moskva seçkiqabağı Ermənistan hökumətinə qarşı kiberhücumlar təşkil edəcək. Paşinyan bunları önləmək üçün sabah Putinin hüzuruna gedəcək. Ancaq Putin Ermənistanla bağlı planlarını reallaşdırmamaq üçün Paşinyandan Rusiyanın regional maraqlarını nəzərə almasını istəyəcək. Ermənistan lideri Rusiya prezidentinin əsas tələblərini yerinə yetirməyəcəyinə görə, Kreml də seçkiqabağı planlarından imtina etməyəcək. Ancaq Paşinyan Putinə onu da izah etməyə çalışacaq ki, o, məğlubiyyətlə üzləşəcək Ermənistan müxalifətinə dəstək verməkdənsə, onunla yola davama üstünlük versin”, - ekspert vurğulayıb.

Xatırladaq ki, Nikol Paşinyanın Rusiyaya səfəri aprelin 1-nə planlaşdırılıb.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Избранный
17
1
teleqraf.com

2Источники