RU

Kosovonun baş məşqçisi mətbuat konfransında nələr dedi?

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kosovo yığmasının baş məşqçisi Franko Foda Türkiyə ilə oyunöncəsi mətbuat konfransında acıqlamalar verib. Daha öncə Avstriya yığmasını da çalışdırmış 59 yaşlı almaniyalı mütəxəssis 2024-dən Kosovonun başındadı. Bu komandanı 18 illik müstəqilliyi ərzində ilk dəfə nəhəng turnirə daşımağa yaxın olan Foda bunları deyib:

''Türkiyə çox güclü komandadı. Heyətlərində Arda, Hakan, Kənan kimi futbolçular var. Biz də tam layiqli şəkildə bura qədər gəlmişik. Şansımız 50 faizdi. İnanıram ki, maraqlı bir oyun olacaq. Jeqrovanın Slovakiya ilə oyunda iştirak etməməsi taktiki gediş idi. Çünki bizə o matçda ucaboy futbolçular lazım idi. Bu dəfəki oyunda onun oynayıb-oynamayacağına hələ qərar verməmişəm. Taktikanı acıqlaya bilmərəm. Türkiyə səviyyəli rəqibdi. Qısa ötürmələrlə hücum etməyi xoşlayırlar. Biz topu ələ keçirən kimi əks-hücumlara keçməliyik. Şəhərin hər yerində bu oyunun coşqusu və motivasiyası hiss olunur. Hətta bu mətbuat konfransında da. Çünki indiyə qədər burdakı mətbuat konfransında heç vaxt bu qədər jurnalistin iştirak etdiyini görməmişdim. Slovakiyadan 3 qol buraxsaq da, onların çox yaxşı komandası var. O görüşdə 2 qolu öz səhvlərimizdən buraxdıq. Bu dəfə diqqətli olmağa çalışacağıq. Ən böyük üstünlüyümüz bu matçı öz meydanımızda keçirməyimizdi''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
icma.az

2Источники