RU

Trampa qarşı iki dəfə sui-qəsd cəhdi - Netanyahu açıqladı

İranın ABŞ-in sabiq prezidenti Donald Trampa qarşı iki dəfə sui-qəsd cəhdi etdiyi iddia olunur.

Milli.Az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "Newsmax"a müsahibəsində danışıb. Onun sözlərinə görə, İran uzun illərdir Yaxın Şərqdə və dünyada əsas zorakılıq mənbələrindən biri kimi çıxış edir və müxtəlif regionlarda, o cümlədən Qərb yarımkürəsində dövlət terrorizmini dəstəkləyir.

Netanyahu bildirib ki, Əfqanıstanda  partlayıcı qurğular nəticəsində minlərlə insan həlak olub və ya ağır xəsarət alıb. O, həmçinin İranın ABŞ səfirliklərinə qarşı hücumlar həyata keçirdiyini iddia edib.

İsrailin Baş naziri əlavə edib ki, İranın Donald Trampa qarşı iki dəfə sui-qəsd planı qurduğu və bu niyyətin hələ də davam etdiyi ehtimal olunur. 

Asya
Milli.Az 

Избранный
25
milli.az

1Источники