RU

Strateji həmlə: Hörmüz boğazını ortadan çıxaracaq yeni plan

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Tehranın genişlənən raket həmləsinin yaxın gələcəkdə Avropanı və daha uzaq əraziləri təhdid edə biləcəyini iddia edib. 

O, İsrail və ABŞ-nin İranın raket sistemləri, silah zavodları və nüvə personalına qarşı hücumlar təşkil etdiyini irəli sürüb. 

"Cebheinfo.az" xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin "Newsmax" televiziya kanalına müsahibə verib. 

İsrailin İrandakı hədəflərinin yarısından çoxunu reallaşdırdığını iddia edən Netanyahu hazırkı diqqət mərkəzində Tehranın zənginləşdirilmiş uran ehtiyatının olduğunu bildirib. 

İranın hərbi, nüvə və sənaye potensialını zəiflətmək istiqamətində "əhəmiyyətli irəliləyiş əldə etdiklərini" deyən Netanyahu əsas məqsədin İranın nüvə silahı əldə etməsinin və bu silahları daşıya biləcək vasitələrə sahib olmasının qarşısını almaq olduğunu iddia edib.

"Nüvə silahlarının və bunları ABŞ şəhərlərinə çatdıracaq vasitələrin arxasınca düşüblər. Bu müharibənin məqsədi həmin nəticənin qarşısını almaqdır", -  deyə bildirib. Hücumların hazırkı mərhələsində İranın zənginləşdirilmiş uranının nəzarətə götürülməsinə və ya məhv edilməsinə fokuslandıqlarını deyən Netanyahu, əməliyyatların nə vaxt başa çatacağına dair hər hansı tarix paylaşmayıb. 

Netanyahu "bölgədəki kritik enerji marşrutlarından asılılığı azaltmaq səyləri" də daxil olmaqla, daha uzunmüddətli strateji amillərə diqqət çəkərək bunları irəli sürüb: 

"Uzunmüddətli həll yolları enerji boru kəmərlərinin Səudiyyə Ərəbistanı üzərindən Qırmızı dəniz və Aralıq dənizinə, İranın coğrafi boğaz nöqtələrini (Hörmüz boğazı və s.) dövrədən çıxararaq qərbə tərəf yenidən yönləndirilməsini nəzərdə tutur". 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
1
cebheinfo.az

2Источники