
Türkiyədə sosial media və mesajlaşma proqramları vasitəsilə narkotik satmaqda şübhəli bilinən 99 nəfər həbs edilib.
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının iştirakı ilə 25 əyalətdə əməliyyatlar keçirilib və 3.059.000 narkotik həbi, 325 kiloqram narkotik maddə müsadirə edilib.
Əməliyyatlar zamanı tutulan 255 şübhəlidən 99-u həbs edilib, 35-i haqqında məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərləri ilə bağlı proseslər davam edir.
İlahə Qənbərli
Missiya.Az