RU

Şahmat üzrə ölkə çempionatına yekun vurulub FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış ilk dəfə paytaxtdan kənarda - Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub. Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb

Müxtəlif yaş kateqoriyalarında qalib və mükafatçıları təqdim edirik.

8 yaşadək oğlanlar və qızlar – Ziya Qubatov (Quba), Əminə Əmənzadə (Bakı)

10 yaşadək oğlanlar və qızlar – Nurlan Qənizadə (Bakı), Nurcan Tahirova (Gəncə)

12 yaşadək oğlanlar və qızlar – Səfa Hümmətov (Bakı), Mehriban Əhmədli (Gəncə)

14 yaşadək oğlanlar və qızlar – Şəmsi Qaraxanov (Bakı), Zəhra Allahverdi (Mingəçevir)

16 yaşadək oğlanlar və qızlar – Paşam Əlizadə (Bakı), Lalə Hüseynova (Bakı)

18 yaşadək oğlanlar və qızlar – Tunar Davudov (Bakı), Nərmin Abdinova (Bakı)

Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, ikinci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. Üçüncü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2 min manat maddi dəstək göstəriləcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
9
icma.az

10Источники