RU

“Rheinmetall” və “Boeing Australia” MQ-28 PDT ilə bağlı strateji tərəfdaşlıq qurub

“Rheinmetall” və “Boeing Australia” şirkətləri Almaniyanın pilotsuz döyüş təyyarələrinin (PDT) tədarükü proqramı çərçivəsində MQ-28 “Ghost Bat” platformasını yetkin həll kimi təqdim etmək üçün strateji tərəfdaşlıq qurublar.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, “Boeing”in MQ-28 “Ghost Bat” pilotsuz döyüş təyyarəsi artıq 150-dən çox uçuş həyata keçirib.

Avstraliya Hərbi Hava Qüvələri və digər müttəfiq ölkələr üçün layihələndirilib, hazırlanıb və istehsal olunub.

Sınaqlardan keçmiş bu PDT, pilotlu platformalarla birlikdə fəaliyyət göstərərək əlavə qüvvə rolunu oynayacaq və yüksək dərəcədə mübahisəli hava məkanında döyüş gücünü artıracaq. Onun modul dizaynı və avtonom imkanları kəşfiyyat, radioelektron mübarizə və silah sistemlərinin inteqrasiyası da daxil olmaqla geniş missiya imkanlarını dəstəkləyir.

Tərəfdaşlıq çərçivəsində “Rheinmetall”, 5-ci nəsil döyüş təyyarələri və pilotsuz sistemlər sahəsində təcrübəsinə, eləcə də güclü sənaye bazasına əsaslanaraq, Almaniyada MQ-28 proqramının sistem meneceri olacaq. Şirkət Bundesver (Almaniya Silahlı Qüvvələri) üçün mövcud və gələcək komanda və silah sistemlərinə inteqrasiyanı idarə edəcək, milli tələblərə uyğunlaşdırmanı həyata keçirəcək, əməliyyat, texniki xidmət və logistika dəstəyini təmin edəcək.

Избранный
50
poliqon.az

1Источники