RU

Azərbaycanlı müğənni səsini itirdi

"Kamin" hiti ilə dünya miqyasında məşhurlaşan, əslən azərbaycanlı olan tanınmış müğənni Jony (Cahid Hüseynli) səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.
ONN media xəbər verir ki, bu barədə "Mash” Teleqram kanalı məlumat yayıb.
Martın 27-də Minsk şəhərindəki konserti əsnasında səsini itirən müğənniyə tibb işçiləri tərəfindən oxumaq və danışmaq qəti şəkildə qadağan olunub.
Səs tellərində yaranan kəskin iltihab nəticəsində sənətçinin səhhəti çıxışlar ərəfəsində ağırlaşıb və ona 5 dəfə adrenalin iynəsi tətbiq edilib. İfaçı hazırda iltihab əleyhinə və hormonal müalicə kursu keçir, eyni zamanda, ona 3 həftə ərzində səslə bağlı tam istirahət və sərt yuxu rejimi yazılıb.
Tibb mütəxəssislərinin xəbərdarlığına görə, bu qaydalara əməl edilməməsi səsin həmişəlik itirilməsi ilə nəticələnə bilər. Müalicənin gedişatından asılı olaraq, vəziyyət müsbətə doğru dəyişərsə, müğənnini aprelin 19-da yenidən səhnəyə qayıtması ehtimal olunur.
Xatırladaq ki, bir müddət əvvəl Jony tanınmış gənc Tikok ulduzu Səbinə Xayrova ilə birgə "Comedy Club" proqramında görüntülənmişdi
Избранный
28
4
onn.az

5Источники