Yazını böyüt
Yazını kiçilt
82 yaşlı türkiyəli aktrisa Nebahat Çehre alış-veriş mərkəzində görüntülənib.
Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan görüntülər qısa zamanda diqqət çəkib.
Aktrisanın zövqlü geyim tərzi və baxımlı görünüşü istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.
İzləyicilərin əksəriyyəti onun yaşına baxmayaraq olduqca gənc və enerjili göründüyünü qeyd edib. Paylaşımların altında çoxsaylı tərif və heyranlıq dolu rəylər yazılıb.
Qeyd edək ki, Nebahat Çehre illərdir həm gözəlliyi, həm də zərif üslubu ilə diqqət mərkəzində qalmağı bacaran sənətçilərdən biri hesab olunur.