RU

Prezident təhsillə bağlı iki sazişi TƏSDİQLƏDİ

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilib.

Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, sənəd 2026-cı il fevralın 16-da Rabat şəhərində imzalanıb.

Bundan başqa, Dövlət başçısı "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman da imzalayıb.

Bu sənəd isə 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanıb.

Избранный
11
8
moderator.az

10Источники