Polşanın Patriot hava hücumundan müdafiə raket sistemlərini Yaxın Şərqə yerləşdirmək planı yoxdur. Oxuməni.az xəbər verir ki, bu barədə Baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosiniak-Kamış 31 martda özünün X sosial media səhifəsində (əvvəllər Twitter) məlumat verib.
Daha əvvəl “Rzeczpospolita” qəzeti ABŞ-ın Polşadan Yaxın Şərqə sonrakı yerləşdirmə üçün Patriot hava hücumundan müdafiə raket sistemi batareyası təmin etməsi tələbi barədə məlumat vermişdi.
"Patriot batareyalarımız və onların silahları Polşa hava məkanını və NATO-nun şərq cinahını qorumağa xidmət edir. Bu baxımdan heç nə dəyişməyib və onları heç yerə köçürmək planımız yoxdur", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Polşanın müttəfiqləri Polşa hava hücumundan müdafiə qüvvələrinin hazırkı missiyalarından xəbərdardırlar və onların əhəmiyyətini bölüşürlər. O əlavə edib ki, Polşanın təhlükəsizliyini qorumaq prioritetdir.
Almaz Həsənli