AZ

Polşa Yaxın Şərqdə Patriot zenit raket sistemləri yerləşdirəcək?

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Varşavanın Yaxın Şərqdə Patriot hava hücumundan müdafiə sistemləri yerləşdirmək planı yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış X hesabında bildirib.

Kosinyak-Kamış yazıb: "Bizim Patriot batareyalarımız və onların silahları Polşa hava məkanını və NATO-nun şərq cinahını qorumaq üçün istifadə olunur. Bu baxımdan heç nə dəyişməyib və onları heç yerə köçürmək planımız yoxdur".

Nazirin sözlərinə görə, müttəfiqlər öz vəzifələrinin nə qədər vacib olduğunu bilir və başa düşürlər.

O, yekun olaraq əlavə edib: "Polşanın təhlükəsizliyi bizim mütləq prioritetimizdir".

Aminə ŞAHSUVARQIZI

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
5
redaktor.az

5Mənbələr