RU

Ermənistanda hakimiyyət və müxalifət qarşı-qarşıya

Ermənistanda seçkilər öncəsi siyasi ritorika daha da sərtləşir.

Musavat.com xəbər verir ki, Ermənistanda hakimiyyət nümayəndələri ilə müxalifət arasında maraqlı polemika yaşanır.

“Güclü Ermənistan” partiyasının üzvü Alik Aleksanyan parlamentin sədr müavini Ruben Rubinyanın mərclə bağlı açıqlamasına cavab verib.

O, sosial şəbəkədə paylaşdığı videoda Rubinyanı “mərci ciddi saxlamağa” çağıraraq bildirib ki, tərəflər razılaşmanı sonradan inkar etməməlidir. Aleksanyan əlavə edib ki, onların partiyası əvvəlcədən elan etdiyi kimi, Samvel Karapetyanın növbəti baş nazir olacağına inanır.

Mərclə bağlı diqqətçəkən məqam isə onun mahiyyətidir. Tərəflər arasında mübahisə ondan ibarətdir ki, seçkilərdən sonra müxalif qüvvələrin kimin ətrafında birləşəcəyi məsələsi ilə bağlı fərqli mövqelər var. Müxalifət Karapetyanın baş nazir olacağını iddia edir, hakimiyyət isə bunun baş verməyəcəyini bildirir. Rubinyan hətta bu məsələ ilə bağlı 1 milyard dollarlıq mərc təklif edib və müxalifətin seçkidən sonra belə Karapetyanı dəstəkləməyəcəyini deyib.

Aleksanyan isə cavab olaraq mərcin şərtlərinin qarşılıqlı razılaşma əsasında müəyyən edilə biləcəyini bildirib.

Qeyd olunur ki, bu polemika daha əvvəl baş verən bəyanatların davamıdır. Belə ki, müxalifət nümayəndələrindən Narek Karapetyan seçkilərlə bağlı oxşar mərc təklifi irəli sürmüş, Rubinyan isə bunu qəbul edərək yüksək məbləğli mərcdən bəhs etmişdi.

Musavat.com

Избранный
41
musavat.com

1Источники