Bakı. Trend:
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəicazənin alınması üçün tələb olunan sənədlərin siyahısıgenişləndirilib.
Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobilnəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanundaöz əksini tapıb.
Dəyişikliyə əsasən, ölkədaxili sifarişli daşımalara buraxılışvəsiqəsini almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) aşağıdakısənədləri (skan edərək) və məlumatları da elektron qaydada təqdimedəcək:
- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrinvə psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçünaparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağıyoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkiliimkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadəolunmasına dair texniki məntəqə və tibb məntəqəsi iləmüqavilələri;
- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarıyerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edənsənədləri;
- qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:
- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəzasığortası;
- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin,həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr vəpeşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsihallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbarisığortası;
- taksi minik avtomobilləri ilə, habelə qeyri-müntəzəm sərnişindaşımalarına sürücülərün buraxılmasına dair təsdiqedicisənədləri.