RU

Liderlər qorxuda: Avropa müharibəyə cəlb oluna bilər

Avropa liderləri Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının İranla birlikdə döyüşmək qərarının Avropa Birliyini regional münaqişəyə sürükləyə biləcəyindən qorxurlar.

“Cebheinfo.az” xəbər verir ki, bunu Brüsseldə yerləşən “Euractiv” portalı mənbələrə istinadən  məlumat yayıb.

Nəşr qeyd edir ki, AB 2024-cü ilin fevral ayından bəri Yəmən Husilərinin İsraili dəstəkləyən dövlətlərə məxsus ticarət gəmilərinə hücumlarına cavab olaraq Qırmızı dənizdə Aspides əməliyyatı keçirir. Müxtəlif vaxtlarda əməliyyata AB üzv ölkələrindən üç-altı freqat, esmines və minaaxtaranlar daxil idi.

İki avropalı diplomatın fikrincə, Husilərin ABŞ və İsrailə qarşı qarşıdurmaya qoşulması Yaxın Şərqdəki onsuz da qeyri-sabit vəziyyəti çətinləşdirə bilər. Brüssel Qırmızı dənizdə və Ədən körfəzində ticarət gəmilərinə yenidən hücumların baş verəcəyini istisna etmir ki, bu da ticarət gəmilərinin yardım almasını daha da uzadacaq.

Xəzər

“Cebheinfo.az”

Избранный
5
1
cebheinfo.az

2Источники