RU

Bakıda dayanma qaydalarını pozan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində qəza baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hərəkətdə olan nəqliyyat vasitəsi yolda dayanmış avtomobillə çırpılıb.

"Unutmayaq ki, qəzaların baş verməməsi üçün nəqliyyat vasitəsi nasazlıq və ya digər məcburi səbəblərdən yolun hərəkət hissəsində dayandıqda belə, dərhal təhlükəsizlik tədbirləri görülməlidir. Qanuna əsasən isə, nasazlıq yarandıqda avtomobil yolun kənarına çəkilməli, qəza siqnalları yandırılmalı və ən azı 30 metr məsafədə qəza dayanma nişanı qoyulmalıdır.

Sürücülər onu da bilməlidirlər ki, hərəkət zamanı sükan arxasında diqqətli olmasan, yol-nəqliyyat hadisəsi qaçılmaz olacaq", - deyə məlumatda vurğulanıb.

Избранный
5
15
far.az

10Источники