RU

Meqa Sığorta Qrupu bayram günlərində kimsəsiz uşaqları sevindirdi - FOTO

“Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC-nın dəstəyi, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Gənclik əyləncə mərkəzində kimsəsiz uşaqlar üçün bayram şənliyi təşkil olunub.

Tədbirin ilk hissəsində uşaqlar üçün müxtəlif əyləncələr təşkil edilib, ikinci hissəsində isə bayram süfrəsi açılıb. Tədbir boyunca interaktiv və biri-birindən maraqlı oyunlar, rəqslər davam edib. Şənliyə xüsusi rəng qatan Kosa-Keçəl, şən kloun və müxtəlif müğənnilərin çıxışları uşaqların sevincinə sevinc qatıb, onlara unudulmaz anlar yaşadıb. Sonda uşaqlara Meqa Sığorta Qrupu tərəfindən hədiyyələr təqdim edilib.

Meqa Sığorta Qrupu tərəfindən reallaşdırılan bu tədbir, şirkətlərin uzunmüddətli korporativ sosial məsuliyyət strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Şirkətlər indiyədək uşaqların və yeniyetmələrin inkişafı, təhsili və sağlam həyat tərzinin təşviqi istiqamətində bir sıra layihələr həyata keçiriblər.

222222222
Избранный
3
2
redaktor.az

3Источники