RU

DSX Xüsusi Məktəbinə qəbul imtahanı keçiriləcək

Aprelin 5-də Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Şagirdlər və ya onların valideynləri "İmtahana buraxılış vərəqəsi"ni DİM-in internet saytından çap edə bilərlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));

- imtahana buraxılış vәrәqәsini.

İmtahan qaydalarına aid "Yaddaş kitabçası" ilə buradan tanış olmaq mümkündür.

Избранный
7
3
far.az

5Источники