Bosniya və Herseqovina, Dünya Kuboku pley-off matçına saatlar qalmış Avropa Birliyi hərbçisi formasında olan bir italyan casusun məşqi videoya çəkdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, komandanın texniki heyəti üzərində İtaliya gerbi olan hərbi gödəkçə geyinmiş və bədəninə yapışdırdığı mobil telefonla qadağan olunmuş zonadan taktiki çalışmaları qeydə alan bir nəfəri yaxalayıb.

Həmin şəxs dərhal məşq meydançasından qovulub, lakin onun nə qədər müddət qeydiyyat apardığı və İtaliya Federasiyası tərəfindən göndərilib-göndərilmədiyi hələlik məlum deyil.

Qeyd edək ki, Bosniya Herseqovina - İtaliya matçı bu axşam, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşün qalibi DÇ-2026-ya vəsiqə qazanacaq.