RU

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü

Bu gün saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
 
Moderator.az xəbər verir ki, Qəbələ rayon sakini Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb.
 
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qız hadisə yerində vəfat edib.
 
Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan da xəsarət alıb.
 
Qəzaya düşənlər bir ailənin üzvləridir.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
 
Избранный
26
14
moderator.az

10Источники