RU

Hörmüz boğazı bir ay da bağlı qalsa neft150 dollara olacaq

Hörmüz boğazının daha bir ay bağlanması “Brent” markalı xam neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə səbəb ola bilər.

Bunu ABŞ-ın “JP Morgan” bankının baş iqtisadçısı Brus Kasman deyib.

“Kanalın daha bir ay bağlı qalması ssenarisi neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə və sənaye istehlakçıları üçün elektrik enerjisi təchizatının pozulmasına səbəb ola bilər”, – o deyib.

Qeyd edək ki, martın 30-da Londonun “ICE” birjasında 2026-cı ilin iyun ayı üçün “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti 19 mart 2026-cı ildən bəri ilk dəfə 115 dolları keçib, lakin sonradan 112,78 dollara düşüb.

AzPost.az

Избранный
25
6
azpost.info

7Источники