RU

KİV: Tramp 12-ci dəfə İrandakı əməliyyatın tezliklə başa çatması imkanından danışdı

KİV: Tramp 12-ci dəfə İrandakı əməliyyatın tezliklə başa çatması imkanından danışdı

ABŞ prezidenti Donald Tramp mart ayının əvvəlindən bəri artıq 12-ci dəfə İrana qarşı hərbi əməliyyatın tezliklə başa çatması ehtimalına işarə edib.

AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilir ki, Ağ Evin bu məsələ ilə bağlı bəyanatları ziddiyyətlidir, çünki Amerika rəsmiləri həmvətənlərini münaqişənin "uzunmüddətli müharibəyə çevrilməyəcəyinə" inandırmağa çalışırlar. İrana qarşı əməliyyat artıq beşinci həftədir ki, davam edir və bu, "Axios"un qiymətləndirməsinə görə, Amerika liderinin əməliyyatın müddəti ilə bağlı ilkin "dörd-beş həftəlik" proqnozuna uyğun gəlir. Lakin portal hesab edir ki, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki şəxsi heyətinin sayının artıq 50 mini keçməsi regionda hərbi əməliyyatları operativ şəkildə dayandırmağa çətin ki, imkan versin.

Избранный
19
afn.az

1Источники