RU

UEFA Millətlər Liqası: C və D divizionlarında həlledici pley off matçları

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün UEFA Millətlər Liqasında C və D divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün pley-off oyunlarının cavab qarşılaşmaları keçiriləcək.

Oxu.Az xəbər verir ki, Latviya millisi Cəbəllüttariqlə, Lüksemburq yığması isə Malta ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu cütlər arasındakı Cəbəllüttariq - Latviya oyunu 0:1, Malta - Lüksemburq oyunu isə 0:2 hesabı ilə bitib.

Qeyd edək ki, Cəbəllüttariq - Latviya matçının qalibi C liqasının ikinci, məğlubu D liqasının birinci qrupunda çıxış edəcək. Malta - Lüksemburq oyunun qalibi C liqasının dördüncü, məğlubu isə D liqasının birinci qrupunda mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
68
10
oxu.az

10Источники