RU

Nigeriyada universitet yataqxanasına basqın 13 ölü

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Nigeriyada silahlı şəxslər universitet yataqxanasına hücum ediblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bazar günü axşam Plato ştatında, Anqvan Rukoba rayonundakı Cos Universitetində baş verib.

Quldurlar sakinlərə avtomat silahlardan atəş açaraq ərazidən uzaqlaşa biliblər. Nəticədə 13 nəfər həlak olub, onlarla insan yaralanıb.

Plato ştatının rəhbərliyi 2 günlük fövqəladə vəziyyət elan edib. Cinayətkarların axtarışı hələlik bir nəticə verməyib.

Qeyd edək ki, atışma səbəbindən dünən başlamalı olan imtahanları təxirə salıb.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
525.az

1Источники