RU

Orban: ABŞ nin İrana hücumları AB nin Ukrayna ilə bağlı planlarını pozub

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"ABŞ və İsrailin İrana hücumları Avropa Birliyinin Ukrayna münaqişəsini uzatmaq və Rusiyanı hərbi əməliyyatları davam etdirmək üçün vəsaitdən məhrum etmək planını pozub".

Moderator.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Rusiyanın bu gün çoxlu pulu var və daha çox pulu olacaq, çünki İrandakı müharibə qlobal enerji təchizatının bir hissəsini pozub.

O hesab edir ki, Rusiyanın maliyyə vəziyyətinin gücləndirilməsi Ukraynadakı hərbi əməliyyatlarını davam etdirməyə imkan verəcək. "Əminliklə deyə bilərəm ki, ruslar bu müharibədə qalib gəliblər", - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
2
moderator.az

3Источники