SUMQAYIT, 30 mart. TELEQRAF
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, 2014-cü il təvəllüdlü Hüseyn Həsənli Mansur oğlunu avtomobil vurub.
Qəza nəticəsində azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.