RU

“Bir həftə gözləyin” – Trampdan kritik İran açıqlaması

ABŞ Prezidenti Donald Tramp İranla bağlı diqqətçəkən açıqlama verib. Musavat.com xəbər verir ki, o, New York Post qəzetinə müsahibəsində Tehrandakı proseslərin yaxın günlərdə daha da aydınlaşacağını bildirib.

Trampın sözlərinə görə, İran parlamentinin spikeri Qalibafın ABŞ-la əməkdaşlığa hazır olub-olmadığı tezliklə bəlli olacaq. ABŞ lideri bu barədə “təxminən bir həftəyə məlumat verəcəyəm” deyərək, Vaşinqtonun İran daxilində baş verənləri yaxından izlədiyini vurğulayıb.

O, eyni zamanda İranın ali dini rəhbəri postu ilə bağlı adı hallanan Müctəba Xamenei barədə də danışıb. Tramp bildirib ki, onun vəziyyəti ilə bağlı uzun müddətdir heç bir dəqiq məlumat yoxdur və ciddi şəkildə yaralandığı ehtimal edilir. ABŞ tərəfi onun sağ olub-olmaması barədə qəti fikir söyləyə bilməsə də, “yəqin ki, sağdır, lakin çox ağır vəziyyətdədir” fikri səsləndirilib.

Musavat.com

Избранный
30
13
musavat.com

10Источники