AZ

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Rusiyanın energetika naziri Sergey Tsivilev ABŞ və İsrailin İrana hücumundan sonra qlobal enerji nəqlində yaranan problemlərdən danışıb.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Hörmüz boğazının blokadasından sonra təchizat zəncirlərinin təhlükə altına düşdüyünü bildirib:
 

“Fars körfəzinin blokadasından sonra hər cür tədarük zəncirlərinin risk altında olacağını bilirik. Buna görə də biz enerji qaynaqları təchizatı zəncirlərini yenidən qiymətləndiririk. Biz ilk növbədə risklərin daha az olduğu sərhədlərimizdəki ən yaxın qonşularımıza enerji resurslarının çatdırılmasına diqqət yetirəcəyik və neft məhsullarının tədarükü ilə bağlı digər logistik prosesləri də nəzərdən keçirəcəyik”.


Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumundan əvvəl dünyanın gündəlik neft istehlakı və təbii qaz ticarətinin 20%-i Hörmüz boğazından keçirdi.

Naibə, Bizim.Media

Seçilən
1
1
bizim.media

10Mənbələr