RU

FIFA Series-2026:Azərbaycan millisi Syerra Leone ilə qarşılaşır:Heyətlər açıqlandı - YENİLƏNİR

 

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, seçməmiz “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində keçirəcəyi ikinci oyunda Syerra Leone yığması ilə qarşılaşacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda sınağa çəkəcək. Görüş 19:00-da start götürəcək. 

Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olacaq. 

Millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib. Syerra Leone isə bu turnirdə ilk görüşünü keçirəcək.

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur.

FIFA Series-2026
30 mart

19:00. Azərbaycan – Syerra Leone
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Qapıçı: Aydın Bayramov

Müdafiəçilər: Elvin Bədəlov, Bədavi Hüseynov, Krivotsyuk

Yarımmüdafiəçilər: Qismət Alıyev, Aleksey İsayev, Emin Mahmudov, Emil Səfərov, Elvin Cəfərquliyev

Hücumçular: Renat Dadaşov, Musa Qurbanlı 

Избранный
21
6
fanat.az

9Источники