RU

Bakının 555 küçəsi belə yuyuldu

Martın 30-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bu barədə Publika.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Избранный
1
18
publika.az

10Источники