JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Bu gün paytaxtın 555 küçəsi yuyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib ki, martın 30-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər bir qədər əvvəl yağan şiddətli yağışların fəsadlarının tam şəkildə qaldırılmasına və Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz töhfəsini verib.

Bu gün paytaxtın 555 küçəsi yuyuldu — Fotolar - Şəkil 1
Bu gün paytaxtın 555 küçəsi yuyuldu — Fotolar - Şəkil 2
Bu gün paytaxtın 555 küçəsi yuyuldu — Fotolar - Şəkil 3
Bu gün paytaxtın 555 küçəsi yuyuldu — Fotolar - Şəkil 4
Bu gün paytaxtın 555 küçəsi yuyuldu — Fotolar - Şəkil 5
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX