İranda azyaşlıların hərbi fəaliyyətə cəlb olunması ilə bağlı iddialar fonunda növbəti faciə baş verib.
Moderator.az Musavat.com-a istinadən xarici mənbələrə istinadən xəbər verir ki, Tehranda hərbi obyektlərə endirilən hava zərbəsi nəticəsində 11 yaşlı Əlirza Cəfəri həyatını itirib.
Məlumatı HENGAW hüquq-müdafiə təşkilatı yayıb. Bildirilir ki, azyaşlı hadisə zamanı nəzarət-buraxılış məntəqəsində olub və hərbi xidmətlə bağlı müəyyən funksiyalar yerinə yetirirmiş.
İddialara görə, Əlirza Cəfəri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azyaşlıları hərbi və mühafizə işlərinə cəlb etməsi ilə bağlı çağırışlarından sonra həyatını itirən ilk uşaq kimi qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl də mediada İranda yeniyetmələrin səfərbər olunması və riskli fəaliyyətlərə cəlb edilməsi ilə bağlı məlumatlar yayılmışdı.
