RU

Britaniyalı diplomat “casusluq” iddiaları Rusiyadan çıxarılıb

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiya tərəfindən britaniyalı diplomatın ölkədən çıxarılmasını tənqid edib. Moskva diplomatı “casusluq” ittihamı ilə akkreditasiyasını ləğv edib və iki həftə ərzində ölkəni tərk etməsini tələb edib.

Bizimyol.info xəbər verir ki, "Sky News"un məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) diplomatın qeyri-rəsmi görüşlər zamanı rus iqtisadiyyatı barədə məlumat toplamağa çalışdığını və öz haqqında yanlış məlumat verdiyini iddia edib.

Buna cavab olaraq, Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi iddiaları “tamamilə qəbuledilməz” və əsassız adlandırıb. Nazirlik bildirib ki, “Rusiya britaniyalı diplomatlara qarşı getdikcə daha aqressiv və koordinasiyalı təzyiq kampaniyası aparır, onların fəaliyyətinə dair əsassız və zərərli ittihamlar yayır.”

Londonda həmçinin vurğulanıb ki, Britaniya səfirlikləri əməkdaşlarının və ailələrinin qorxudulmasına göz yummayacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
icma.az

1Источники