RU

Ucarda yol qəzası olub: Xəsarət alan var - FOTOLAR

Ucarda yol qəzası olub, xəsarət alan var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb.

“BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

"Cebheinfo.az"

Избранный
5
12
cebheinfo.az

10Источники