Rusiya Prezidenti Vladimir Putinlə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.
“Tərəflər Balkanları, eləcə də enerji, neft-qaz və nüvə sektorlarındakı əməkdaşlığı müzakirə etdilər. Onlar həmçinin Ukraynadakı vəziyyətə və Yaxın Şərqdəki gərginliyə toxunublar”, – məlumatda qeyd olunub.