RU

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.

APA xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.

Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.

Rasim Balayevin cənazəsi gecə Bakıya gətirilib.

Избранный
18
13
kulis.az

10Источники