RU

Ramiz Rövşən: Rasim Balayev qohum, dost, sənətkar kimi əvəzsiz insan idi

Həm qohum, həm dost, həm də sənətkar kimi əvəzsiz adam idi.

"Report" xəbər verir ki, bunu Xalq artisti Rasim Balayevlə vida mərasimində Xalq şairi Ramiz Rövşən deyib.

O, Xalq artistinin vəfatını çox böyük itki adlandırıb.

"Rasim Balayev təkcə dahi sənətkar deyildi, həm də əsl Azərbaycan kişisi idi. Elə bir adamı sındırmaq mümkün deyildi. Həyatda çox mərd yaşadı. Ən son onunla Türkiyəyə müalicəyə gedən günü danışdıq. Mən elə bildim ki, ayağı ağrıyır. Hətta bir az da zarafatlaşdıq. Çünüki mənim də ayağımda problem var. Rasim Balayev yumor hissi güclü olan insan idi. Allah rəhmət eləsin", - R.Rövşən əlavə edib.

Избранный
2
7
far.az

10Источники