RU

Sel Xaçmazda körpünü yararsız vəziyyətə salıbVİDEO

Şimal rayonlarına yağan güclü leysan xarakterli yağıntılar selin gəlməsinə səbəb olub. Nəticədə Xaçmazda  4 il öncə inşa edilən körpü yararsız vəziyyətə düşüb.

Xezerxeber.az-ın məlumatına görə, Çağacıqçaydan gələn sel Xaçmazın Aşağı Zeyid kəndində vəziyyəti daha da çətinləşdirib.

Kənd ərazisində körpünün uçması  nəticəsində 8 kəndlə nəqliyyat əlaqəsi çətinləşib.

Alternativ yol olsa da, yeni çəkilmiş bu yol sakinlər üçün həm Quba, həmçinin Xaçmaz istiqamətinə daha rahat gediş-gəliş imkanı yaradırdı. Məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətindən xəzər xəbərə bildirildi ki, əraziyə baxış keçiriblər, hazırda vəziyyət araşdırılır, problemin aradan qaldırılması üçün tədbirlərin görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
17
xezerxeber.az

1Источники