RU

"Qarabağ"ın oyununa biletlər satışa çıxarılır

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 15:00-dan satışda olacaq.


Manset.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır. Biletlər iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Qarabağ" xanım azarkeşlər üçün girişi pulsuz edib.

Избранный
11
7
manset.az

8Источники